“Real” ev oyunlarını bu stadionda keçirəcək FOTO

“Real”ın ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” stadionunda yenidənqurma işləri aparılır.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi koronavirus səbəbiylə dayandırırılan La Liqada mövsüm bərpa olunsa, ev oyunlarını “Alfredo Di Stefano” stadionunda keçirməyi planlaşdırır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Real” rəhbərliyi “Alfredo Di Stefano”da ev oyunlarını keçirmək üçün La Liqa rəhbərliyindən icazə almalıdır. “Kral klubu”nun B komandası olan “Kastilya”da ev oyunlarını bu stadionda keçirir.  

“Alfredo Di Stefano” stadionunun tutumu 6 min nəfərlikdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button