Zidan ona görə istefa verə bilər

“Real”ın baş məşqçisi Zinəddin Zidan vəzifəsindən ayrıla bilər.

Komanda.az xəbər verir ki, buna səbəb fransız mütəxəssisin klubun transfer siyasətindən narazı olmasıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Zidanın transferdə əsas hədəfinin “Mançester Yunayted”dən Pol Poqba olduğu, ancaq klub rəhbərliyinin bu keçidi reallaşdırmamasının fransız mütəxəssisi narahat etdiyi bildirilir.

İspaniya mətbuatı Poqbanın transfer edilməyəcəyi təqdirdə, Zidanın istefa verəcəyini iddia edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button