“Məğlub olduq və buna cavabdeh mənəm” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan İspaniya La Liqasının 9-cu turu çərçivəsində “Valensiya”ya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı mütəxəssis, 1:4 hesabıyla məğlub olduqları görüş haqda bunları deyib:

“Həqiqətən, acı bir məğlubiyyət aldıq. Baxmayaraq ki, oyuna yaxşı başladıq, lazım olan qolu da vura bildik. Ancaq rəqib hesabı bərabərləşdirəndən sonra nə oldu, bilmədim. Qapımıza təyin olunan penaltilərlə bağlı bir şey deməyəcəm, hakimlər yenidən izləməlidirlər. Məğlub olduq və buna cavabdeh mənəm. Çıxış yolu tapmalıyıq, yaxşı başlayırıq, sonu gətirə bilmirik. Bu hal ilk dəfə deyil ki, yaşanır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button