Zidan: “Belə oynayaraq qrupdan çıxa biləcəyik”

“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Münhenqladbax “Borussiya”sına qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransız mütəxəssis, 2:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Belə bir dramın olacağını düşünmürdük. “Real”ın futbolçuları hadisələrə düzgün reaksiya göstərməyi bildiklərini bir daha sübut etdilər. İlk hissədə çox yaxşı çıxış etdiyimizi düşünürəm. Lakin adi bir səhvdən qol buraxdıq. Bu il bizim üçün çox çətin olacaq. Buna baxmayaraq, belə oynayaraq qrupdan çıxa biləcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button