
Baş məşqçinin Aleksander-Arnolda güvəni tamdır
“Real”ın müdafiəçisi Trent Aleksander-Arnold zədədən qayıtdıqdan sonra baş məşqçi Alvaro Arbeloanın etimadını qazanıb.
İngiltərəli futbolçu dekabrdan sonra ilk dəfə La Liqa çərçivəsində “Real Sosyedad”la (4:1) matçda start heyətində meydana çıxıb. 27 yaşlı oyunçu həmin qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalıb və ümumilikdə fəal çıxışı ilə seçilib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Aleksander-Arnold “Benfika” ilə qarşıdakı UEFA Çempionlar Liqası oyununda da əsas heyətdə yer alacaq. “Kral klubu”nun çalışdırıcısının Trentlə bağlı heç bir tərəddüdü yoxdur.
“Benfika” – “Real” duelində ilk oyun sabah Lissabonda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



