“Qələbə qazanmaqdan başqa seçimimiz yox idi” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “İnter”ə qarşı keçirdikləri səfər matçını şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransız mütəxəssis, 2:0 hesabıyla qələbə qazandıqları görüş haqda bunları deyib:

“Futbolçularıma təşəkkür edirəm. Qələbə qazanmaqdan başqa seçimimiz yox idi və komandam çox yaxşı çıxış etdi. İlk dəqiqədən son dəqiqəyə qədər üstün tərəf biz idik. Futbolçularım oyuna çox ciddi hazırlaşmışdılar və enerji dolu idilər. Bütün bunlar oyunun taleyini həll etdi və komandamın yaxşı futbol sərgiləməsinə kömək oldu”.