“Real”dan karyerasını bitirən futbolçu ilə bağlı açıqlama

“Real” keçmiş futbolçusu Eden Hazardın karyerasını bitirməsi ilə bağlı açıqlama yayıb.

Komanda.az xəbər verir ki, Madrid klubu rəsmi saytı vasitəsi ilə belçikalı keçmiş futbolçuya xidmətlərinə görə təşəkkür edib:

“Klubumuza 2019-cu ildə qoşulan və komandamızla keçirdiyi dörd mövsümdə səkkiz titul qazanan Hazarda təşəkkürümüzü bildiririk: bir Çempionlar Liqası kuboku, bir Klublararası dünya kuboku, bir Avropa superkuboku, iki İspaniya çempionluğu, bir Copa del Rey və iki İspaniya superkuboku.

“Real” Eden Hazarda və ailəsinə yeni həyat mərhələsində uğurlar arzulayır”.

Hazard daha çox “Çelsi” klubundakı çıxışı ilə yadda qalıb. O, 2019-cu ildə “Real”a keçsə də, burada möhkəmlənə bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button