ÇL: “Real”da Kamavinqa ilə bağlı tərəddüd var

“Real” aprelin 15-də UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Bayern”lə üz-üzə gələcək. Madrid klubu İlk qarşılaşmada öz meydanında 1:2 hesabı ilə məğlub olub.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, oyundan öncə “Real”ın məşqçilər heyəti komandanın yarımmüdafiəçisi Eduardo Kamavinqa barədə tərəddüd yaşayır.

Bildirilir ki, fransalı futbolçu son olaraq “Jirona” ilə matçda (1:1) gözlənilən performansı sərgiləməyib və bu səbəbdən, əsas heyətdəki yerini itirmə təhlükəsi ilə üzləşib. Bu qərar digər yarımmüdafiəçi Orelyen Tçuameninin cəzalı olmasına baxmayaraq verilə bilər.

“Bayern” – “Real” qarşılaşması saat 23:00-da start götürəcək. Bu cütün qalibi yarımfinalda PSJ və “Liverpul” komandalarının qazananı ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button