
“Real”da gərginlik artır
“Real” rəhbərliyində baş məşqçi Alvaro Arbeloanın gələcəyi ilə bağlı şübhələr getdikcə artır.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, klub rəhbərliyi, həmçinin, prezident Florentino Peres hələ əvvəlcədən ispaniyalı mütəxəssisin bu vəzifəyə tam hazır olduğuna əmin deyildi. Buna baxmayaraq, onun fəaliyyəti ilə bağlı yekun qərarın mövsüm başa çatdıqdan sonra veriləcəyi gözlənilir.
Vəziyyəti çətinləşdirən amillər təkcə nəticələrlə məhdudlaşmır. Komanda daxilində də gərginlik müşahidə olunur. Xüsusilə, Arbeloa ilə komandanın kapitanı Dani Karvahal arasında fikir ayrılığı yaranıb – müdafiəçi aldığı oyun vaxtından narazıdır.
Bundan əlavə, yarımmüdafiəçi Dani Sebalyos “Betis”lə oyunun iştirak ərizəsinə daxil edilməyib və yayda komandadan ayrılması mümkündür.
Bəzi futbolçular baş məşqçinin heyət seçimində qərəzli və ədalətsiz davrandığını düşünərək, narazılıqlarını ifadə edirlər.
Bizi Facebook-da izləyin



