“Real”da ehtiyatda oturmaqdansa, “Arsenal”da oynamağı seçər

Avropanın bir sıra klublarının xidmətində maraqlı olduğu “Şaxtyor”un (Donetsk) yarımmüdafiəçisi Mixailo Mudrik “Real”da əvəzedici oyunçu olmaqdansa, “Arsenal”ın əsas heyət üzvü olmağı seçər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə futbolçu özü açıqlamasında deyib:

“Real”ın əvəzedicisi və ya “Arsenal”da əsas komandanın oyunçusu olmaq seçimim olsaydı, yəqin ki, “Arsenal”ı seçərdim. Amma əvvəlcə baş məşqçidən öyrənmək istərdim ki, əsas heyətdə şans qazanacam, ya yox”.

21 yaşlı Mudrik “Metallist”in (Xarkov) məzunudur. O, 2016-cı ildən “Şaxtyor”da çıxış edir. Mudrik bu mövsüm bütün yarışlarda 16 oyunda 8 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button