“Real”da böhran dərinləşir

“Real”da böhran getdikcə daha da dərinləşir. Rəhbərlik yanvarın 12-də baş məşqçi Xabi Alonsonu istefaya göndərib.

Komanda yeni baş məşqçi Alvaro Arbeloanın rəhbərliyi altında dünən İspaniya kubokunda sensasiyalı şəkildə “Albasete”yə məğlub olub (2:3).

Komanda.az “El Larguero”-ya istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi artıq növbəti mövsüm üçün yeni baş məşqçi axtarışına start verib. Daha əvvəl bildirilirdi ki, Arbeloa bu mövsüm üçün bir titul qazana və futbolçularla münasibətləri yoluna qoya bilsə, postunu qoruya bilər.

Bununla yanaşı, klubun 2024-cü ildə “Liverpul”dan ayrıldıqdan sonra məşqçilik fəaliyyətinə fasilə verən Yurgen Kloppu Madridə dəvət etməyi planlaşdırdığı barədə də məlumatlar yayılıb.

“Real” rəhbərliyi komandadakı vəziyyəti sabitləşdirmək üçün ciddi addımlar atmağa hazırdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button