Kyeza “Real”a keçir?

“Real” “Yuventus”un futbolçusu Federiko Kyeza ilə maraqlanır.

Komanda.az xəbər verir ki, “kral klubu” italyan yarımmüdafiəçini qışda heyətinə qatmaq niyyətindədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Real” Kyezanı satınalma hüququyla birlikdə icarəyə götürmək istəyir. Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti 23 yaşlı oyunçunun transferində israrlıdır. Kyezanın da “Real”a keçməyə müsbət yanaşdığı bildirilir.

Kyeza bu mövsüm “Yuventus”la 7 oyunda 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button