
“Real” dava salan futbolçularına hansı cəzanı verəcək?
“Real” rəhbərliyi Federiko Valverde və Orelyen Tçuameni ilə bağlı mümkün cəza variantlarını nəzərdən keçirir.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, Madrid klubu futbolçulara qarşı daha çox maliyyə sanksiyası tətbiq etməyə meyllidir. İdman xarakterli cəzanın – məsələn, heyətdən kənarlaşdırılmanın isə hazırda az ehtimal olunduğu bildirilir.
Dünən komandanın məşqi zamanı Valverde və Tçuameni arasında gərginlik yaşanmışdı. Nəticədə, uruqvaylı yarımmüdafiəçi baş nahiyəsindən zədə alaraq xəstəxanaya aparılmış və ona tikiş qoyulmuşdu.
Futbolçular arasında gərginlik məşqdən əvvəl də yaşanıb. Hadisədən dərhal sonra klub rəhbərliyi təcili iclas keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



