
“Real” vacib oyunçusunu 3 aylıq itirir
“Real” futbolçusu Çud Bellingemdən bir müddətlik məhrum qalacaq.
Komanda.az AS-a istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi çiynindəki problem səbəbindən əməliyyat olunacaq.
Bellingem bu qərarı hazırda davam edən Klublararası dünya çempionatından sonra həyata keçirməyi planlaşdırır. Əməliyyat onu təxminən üç ay yaşıl meydanlardan uzaq sala bilər. O, bu müddətdə təxminən “Real”ın 10 oyununu buraxacaq. İngiltərəli yarımmüdafiəçinin komandaya oktyabrda qayıtması gözlənilir.
O, son mövsümdə La Liqada 31 oyunda iştirak edib, 9 qol vurub və 8 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



