“Real”ı çalışdıra bilər – “Qarabağ”ın rəqibinin baş məşqçisi

“Bayer”in (Leverkuzen) baş məşqçisi Xabi Alonso gələn yay klubunu dəyişə bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 41 yaşlı ispaniyalı mütəxəssis karyerasını “Real” və “Bayern” klublarından birində davam etdirə bilər. Hər iki klub gələn yay baş məşqçi uğrunda mübarizə aparacaq.

Alonso 2022-ci ilin oktyabrından “Bayer”ə rəhbərlik edir.

“Bayer” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la eyni qrupda yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button