
“Real” üzərində qələbələr xüsusi bir hissdir”
“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes komandasının “Real” üzərində əldə etdiyi uğurları şərh edib.
Kataloniya təmsilçisi son 8 “el klasiko”nun 7-də qalib gəlib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu, bu nəticələrin klub üçün böyük əhəmiyyət daşıdığını bildirib:
“Bizim üçün bu çox vacibdir. Biz uşaqlıqdan “Barselona”ya azarkeşlik edirik. Akademiyanın yetirmələri “Barsa” ruhu ilə böyüyüb. Titullar sevinc gətirir, amma “Real” üzərində qələbələr xüsusi bir hissdir”.
“Barselona” mayın 10-da evdə “Real”ı qəbul edib və Hans-Diter Flikin yetirmələri rəqibini 2:0 hesabı ilə məğlub edib. Komanda bu qələbə sayəsində La Liqada növbəti çempionluğunu rəsmiləşdirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



