“Real” “Qalatasaray”a təklif göndərəcək

“Qalatasaray”ın hücumçusu Mauro İkardi karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, argentinalı hücumçunun xidmətində “Real” maraqlıdır.

“Kral klubu” qış transfer pəncərəsi zamanı 30 yaşlı forvard üçün Türkiyə klubuna rəsmi təklif göndərəcək.

İkardi cari mövsümdə “Qalatasaray”ın heyətində meydana çıxdığı 25 matçda 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button