“Real” ingiltərəli futbolçudan narazıdır

“Real”ın müdafiəçisi Trent Aleksander-Arnold İspaniya klubundakı karyerasına uğursuz start verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi yay transfer pəncərəsində komandaya qoşulan ingilis futbolçunun çıxışından narazıdır.

“Real”ın düşərgəsində Trentin məşqlərə münasibəti və oyunlar zamanı konsentrasiyası ilə bağlı problemlər olduğu düşünülür. Klub hazırda ona uyğunlaşması üçün bir qədər vaxt verməyə hazırdır, ancaq gələcəkdə onun satılması variantı da istisna edilmir. 27 yaşlı futbolçunun agenti artıq mümkün transfer üçün “Mançester Siti” ilə əlaqələr qurmağa başlayıb.

Trent Aleksander-Arnold Madrid klubuna “Liverpul”dan transfer olunub. O, “Real”ın heyətində bütün turnirlərdə 11 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button