“Real” superkubokun finalında!

İspaniya superkubokunda ilk yarımfinal qarşılaşması keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyunda “Real”la “Valensiya” üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində baş tutan oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Penaltilər seriyasında 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Madrid təmsilçisi finala vəsiqə qazanıb.

Digər yarımfinal oyununda “Betis” və “Barselona” komandaları qarşılaşacaqlar.

İspaniya superkuboku
Yarımfinal
11 yanvar

Real – Valensiya 1:1 (penaltilər 4:3)
Qol
: Benzema, 39-pen – S.Lino, 46.

12 yanvar

23:00. Betis – Barselona

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button