“Real” “sükan”ı “Barselona”nın yetirməsinə tapşıra bilər

“Real”ın baş məşqçisi vəzifəsinə namizədlər arasında Sesk Fabreqasın adı hallanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu hazırda İtaliyada “Komo” komandasını çalışdıran gənc mütəxəssisi potensial baş məşqçi kimi nəzərdən keçirir. Fabreqasın İtaliyadakı fəaliyyəti “kral klubu”nun rəhbərliyində müsbət təəssürat yaradıb.

38 yaşlı mütəxəssis futbolçu karyerası dövründə “Barselona”nın da formasını geyinib və 2012/13 mövsümündə komanda ilə La Liqa çempionu olub. O, həm də Kataloniya klubunun yetirməsidir.

Fabreqasın rəhbərlik etdiyi “Komo” hazırda A Seriyasında turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button