
“Real” “Qarabağ”ın rəqibinin futbolçusunu ala bilər – 75 milyon avroya
İtaliya millisinin və “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Komanda.az “Tuttojuve”-yə istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun xidmətinə “Real” ciddi şəkildə maraq göstərir.
“Kral klubu” Tonalini yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Madridlilərin bu keçid üçün 75 milyon avro xərcləməyə hazır olduğu bildirilir.
Daha əvvəl Tonali ilə “Arsenal” və “Mançester Siti” klubları da maraqlanıb. Cari mövsümdə İngiltərə Premyer Liqasında 25 oyun keçirən italiyalı yarımmüdafiəçi 1 məhsuldar ötürmə veib. Onun “Nyukasl”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.
“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.
Bizi Facebook-da izləyin



