“Real” mərakeşli futbolçu ilə razılığa gəlib

“Real”ın yarımmüdafiəçisi Brahim Dias klubla müqaviləsinin müddətini uzatmaqla bağlı razılığa gəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mərakeşli futbolçunun yeni müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir və maaş artımı olacaq. Müqavilə hələ rəsmi olaraq təsdiqlənməsə də, artıq tam razılaşdırılıb.

Diasın “Real”la hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdir. 26 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda 18 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Madrid klubu növbəti matçını yanvarın 4-də “Betis”ə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button