İspaniya klubu Deklan Raysı transfer etmək istəyir

“Real” “Arsenal”ın yarımmüdafiəçisi Deklan Raysın oyunundan ciddi şəkildə təsirlənib.

“Kral klubu”nun baş skautu UEFA Çempionlar Liqasının “Bayern”ə qarşı keçirilən və “topçular”ın 3:1 hesablı qələbəsi ilə başa çatan görüşdə ingilis futbolçunun çıxışına valeh olub. Həmin qarşılaşmada 26 yaşlı yarımmüdafiəçi matçın ən yaxşı oyunçusu seçilmişdi.

Komanda.az “E-Noticies”-ə istinadən xəbər verir ki, “Real” yaxın gələcəkdə İngiltərə millisinin üzvünü transfer etmək imkanını nəzərdən keçirməyə hazırdır. “Transfermarkt” onu 120 milyon avro dəyərində qiymətləndirir.

Deklan Raysın “Arsenal”la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir və daha bir mövsüm uzadılması variantını da ehtiva edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button