“Real” onu Vinisiusun əvəzedicisi kimi görür

“Real” növbəti transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu Vinisius Juniorun zədəsi səbəbindən yeni futbolçu transfer etmək istəyir. “Leyptsiq”in hücumçusu Timo Verner braziliyalı futbolçunun əvəzedicisi roluna namizədlərdən biri hesab olunur.

“Real” başa düşür ki, qışda top oyunçu ilə müqavilə imzalamaq kifayət qədər çətin olacaq, ona görə də, ikinci dərəcəli futbolçuları nəzərdən keçirir.

Verner bu mövsüm “Leyptsiq”də əsas oyunçu deyil. 27 yaşlı hücumçunun Bundesliqada 8 matçda iki qolu var. Onun Almaniya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button