“Real” ondan razıdır

“Real”ın müdafiəçisi Trent Aleksander-Arnold yay transfer pəncərəsində komandadan ayrılmayacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçunun ilk mövsümü birmənalı alınmayıb. O, əsas heyətdə yerini dərhal təmin edə bilməyib, komanda isə mövsümü titulsuz başa vurmaq riski ilə üz-üzədir. Buna baxmayaraq, klub rəhbərliyi onun çıxışından razıdır.

27 yaşlı müdafiəçinin yaxın gələcəkdə komandadan ayrılması ehtimalı yoxdur və bu məsələ ümumiyyətlə müzakirə olunmur.

Trent Aleksander-Arnold “Real”a ötən ilin yayında “Liverpul”dan transfer olunub. Onun La Liqa təmsilçisi ilə müqaviləsinin müddəti 2031-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button