“Real” ukraynalı futbolçudan narazıdır

“Real”da qapıçı Andrey Luninlə bağlı narahatlıq yaranıb. Madrid təmsilçisi onun cari mövsümdə göstərdiyi performansdan tam razı deyil.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, klub rəhbərliyi belçikalı qapıçı Tibo Kurtua zədələndiyi dövrdə Luninin çıxışını qənaətbəxş hesab etməyib.

Ukraynalı qolkiper bu mövsüm “Real”ın heyətində 11 oyuna çıxıb, 21 qol buraxıb və heç bir matçda qapısını toxunulmaz saxlaya bilməyib. Onun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədər qüvvədədir.

Hazırda Luninin “Real”dakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button