
“Real” DÇ-2026-nı gözləyəcək – Fransalı futbolçuya görə
“Bayern”in və Fransa millisinin yarımmüdafiəçisi Maykl Olise “Real”ın transfer siyahısında qalmaqda davam edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” 2026-cı il dünya çempionatının başa çatmasından sonra 24 yaşlı futbolçunu transfer etməyə cəhd göstərəcək.
“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, Olisenin bazar dəyəri 150 milyon avro təşkil edir. Onun “Bayern”lə müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



