İspaniya klubu Olise üçün 200 milyon avro ödəməyə hazırdır

“Real” “Bayern”in vingeri Maykl Oliseni transfer etmək niyyətindən əl çəkməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun prezidenti Florentino Peres və komandanın baş məşqçisi Joze Mourinyo fransalı futbolçunu yeni layihənin əsas fiqurlarından biri hesab edir. Hətta bu barədə Olisenin özünə də məlumat verildiyi bildirilir.

Madrid təmsilçisi “Bayern”in üzvü üçün minimum 150 milyon avro təklif etməyə hazırdır. Zərurət yaranacağı təqdirdə isə bu məbləğ 200 milyon avronu da keçə bilər.

Bununla belə, Münhen klubu 24 yaşlı futbolçunu satmaq niyyətində deyil. Rəhbərlik Oliseni toxunulmaz oyunçu hesab edir və onunla müqavilənin müddətini 2031-ci ilə qədər uzatmağı planlaşdırır.

Olise ötən mövsümdə bütün turnirlərdə 52 oyuna çıxıb, 22 qol vurub və 31 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button