
“Real” niderlandlı futbolçu ilə anlaşıb
“İnter”in müdafiəçisi Denzel Dumfris yaxın günlərdə “Real”a keçəcək.
Madrid klubu niderlandlı futbolçunun müqaviləsində yer alan 20 milyon avroluq sərbəstqalma bəndini aktivləşdirmək niyyətindədir. Oyunçunun özü ilə də artıq razılıq əldə olunub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Dumfrisin transfer ideyası “Real” rəhbərliyində yekdilliklə dəstəklənib. Onun namizədliyini klub prezidenti Florentino Peres, eləcə də komandanın gələcək baş məşqçisi Joze Mourinyo daxil olmaqla bütün qərarverici şəxslər bəyəniblər.
Hətta xəbərdə bildirilir ki, Mourinyo bu keçidin baş tutmasında xüsusi maraq göstərib və transferin reallaşmasını israrla dəstəkləyib.
Gözlənilir ki, 30 yaşlı müdafiəçi yaxın vaxtlarda tibbi müayinədən keçəcək. Bundan sonra transferin rəsmən açıqlanacağı bildirilir.
Bizi Facebook-da izləyin



