“Real”dan Modriçlə yeni müqavilə

“Real”ın yarımmüdafiəçisi Luka Modriç klubu ilə müqavilənin müddətini uzadıb. 

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, onun müqaviləsi 2023-cü ilin yayına qədər hesablanacaq və yaxın vaxtlarda rəsmi olaraq elan ediləcək.

Həmçinin, Madrid təmsilçisi 36 yaşlı xorvat futbolçuya karyerasını başa vurduqdan sonra klubun strukturunda vəzifə təklif edir.

Modriçin “Real”la hazırkı müqaviləsi bu ilin yayına qədərdir.