Salah üçün 130 milyon avro təklif edəcəklər

İspaniyanın “Real” klubu “Liverpul”un hücumçusu üçün hərəkətə keçməyə hazırlaşır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” “Liverpul”un futbolçusu Məhəmməd Salahı transfer etmək niyyətindədir. Madrid klubu misirli futbolçunu komandadan ayrılacağı gözlənilən Qaret Beylin əvəzləyicisi olaraq heyətə qatmaq istəyir.

“Real” 27 yaşlı futbolçu üçün “Liverpul”a 130 milyon avroluq təklif göndərməyə hazırlaşır.

Salah cari mövsümdə Premyer Liqada iştirak etdiyi 10 oyunda 5 qolla yadda qalıb.