“Real” iki futbolçu üçün danışıqlardan geri çəkilib

“Real” “Liverpul”un müdafiəçisi İbrahima Konate və “Bayern”in oyunçusu Dayo Upamekanoya marağını itirib.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, hər iki futbolçunun agentləri getdikcə daha yüksək ödəniş tələb edib və bu da klubun səbrinin daşmasına, danışıqlardan geri çəkilməsinə səbəb olub.

Konatenin və Upamekanonun klubları ilə müqavilələrinin müddəti 6 aydan sonra başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button