“Real” istəyinə çatdı

“Real”ın futbolçusu Luka Modriçlə yeni müqavilə imzalamaq istədiyini xəbər vermişdik.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, Modriç gələcəyi ilə bağlı qərarını verib. Xorvat futbolçu “kral klubu” ilə yeni müqavilə imzalamağa razılaşıb. Artıq tərəflərin bütün şərtlərdə anlaşdıqları bildirilir. Məlumata görə, xorvatiyalı futbolçu “Real”la 2022-ci ilin yayınadək nəzərdə tutulan müqaviləyə imza atacaq.

Modriçin klubla hazırkı müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub. O, 2012-ci ildən “Real”ın şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button