“Real” ikinci dəfə rədd cavabı alıb

“Real” La Liqanın ilk turunda “Osasuna” ilə keçirəcəyi oyunun tarixinin dəyişdirilməsi üçün etdiyi müraciətə ikinci dəfə rədd cavabı alıb.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

“Kral klubu” matçın 19 avqust tarixindən təxirə salınmasını tələb edirdi. Madridlilərin əsas arqumenti sıx təqvim və hazırlıq müddətinin qısa olması idi. “Real” Klublararası dünya çempionatında iştirakı səbəbindən cəmi 15 günlük təlim-məşq toplanışından sonra mövsümə başlayır.

İspaniya Futbol Federasiyasının Apellyasiya Komitəsi müraciəti qəbul etməyib. Komitənin qərarında bildirilib ki, mövsümöncəsi hazırlığın minimal müddətini tənzimləyən konkret qaydalar mövcud deyil və oyun yalnız fövqəladə hallar olduqda təxirə salına bilər.

Beləliklə, “Real” – “Osasuna” qarşılaşması planlaşdırıldığı kimi, 19 avqustda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button