Kuman: “Real” hakimlər tərəfindən dəstəklənir”

Niderland millisinin baş məşqçisi Ronald Kuman “Real”ın hakimlərin dəstəyindən istifadə etdiyini deyib.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis bunu “Barselona”nın “sükanı arxasında” olarkən hiss etdiyini bildirib:

“Barselona”nı çalışdıran zaman hiss etdim ki, “Real” hakimlər tərəfindən dəstəklənir. Hər halda, bunu sübut etmək mümkün deyil. Ona görə də, heç nə deməmək daha yaxşıdır”.

Kuman 2020-2021-ci illərdə Kataloniya komandasına rəhbərlik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button