“Real” Fransa millisinin üzvü ilə razılığa gəlib

Fransa millisinin və “Liverpul”un sabiq müdafiəçisi İbrahima Konate yay transfer pəncərəsində “Real”a keçə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat yayıb.

“Real”ın prezidenti Florentino Peres artıq futbolçunun nümayəndələri ilə keçidlə bağlı razılıq əldə edib. Ancaq transferin rəsmiləşməsi qarşıdan gələn prezident seçkilərinin nəticəsindən asılı olacaq. Belə ki, Peres vəzifəsini qoruyub saxlayacağı təqdirdə, Konatenin transferinin tamamlanacağı gözlənilir.

26 yaşlı futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasında 36 oyunda meydana çıxıb, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button