“Real” finalda “Barselona” ilə qarşılaşacaq

İspaniya Super Kuboku uğrunda sonuncu finalçı müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu gün baş tutan sonuncu yarımfinal görüşündə “Barselona” və “Osasuna” komandaları üz-üzə gəliblər.

Kataloniya təmsilçisi inamlı qələbə sayəsində bir gün öncə finala çıxmış “Real”a rəqib olub.

Əzəli rəqiblər yanvarın 14-də həlledici oyunda üz-üzə gələcəklər.

İspaniya Super Kuboku
Yarımfinal

10 yanvar

Real – Atletiko 5:3
Qollar: Rüdiger, 20. Mendi, 29. Karvaxal, 85. Saviç, 116-öz qapısına. B.Dias, 120+2 – M.Ermoso, 6. Qrizmann, 37. Rüdiger, 78-öz qapısına.

11 yanvar

Barselona – Osasuna 2:0
Qollar: Levandovski, 59. Yamal, 90+3.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button