“Real” “Eybar” qarşısına onsuz çıxacaq

“Real” bu gün İspaniya La Liqasının 31-ci turunda “Eybar”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşmada Madrid təmsilçisinin kapitanı Serxio Ramos iştirak etməyəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Baş məşqçi Zinəddin Zidan Ramosun adını iştirak ərizəsinə daxil etməyib. İspan müdafiəçi istirahətə buraxılıb.

“Real” – “Eybar” matçı bu gün, saat 18:15-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button