
Anri: “Real” Çempionlar Liqasında oynayanda dəyişir”
“Arsenal”ın sabiq oyunçusu Tyerri Anri UEFA Çempionlar Liqasının 1/8 finalı çərçivəsində “Real” – “Mançester Siti” qarşılaşmasını (3:0) şərh edib.
Komanda.az “CBS Sports”-a istinadən xəbər verir ki, o, Madrid klubunun Çempionlar Liqasındakı performansını yüksək qiymətləndirib:
“Real”ın formasının nədən hazırlandığını bilmirəm. Bunun necə baş verdiyini bilmirəm, amma Çempionlar Liqasında oynayanda onlar dəyişirlər. Bəlkə də, bu formanı geyinsəm, saçlarım geri uzanar”.
“Real”ın yarımmüdafiəçisi Federiko Valverde MS ilə matçda karyerasında ilk het-trikini edib. Komandalar arasında cavab oyunu isə 17 martda “Etihad” stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



