“Real”, “Barselona” və “Yuventus”un planı

“Real”, “Barselona” və “Yuventus” klubları ABŞ-da yoldaşlıq oyunu keçirə bilər.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Avropa Super Liqası ideyasını dəstəkləməyə davam edən bu üç klub yayda bir neçə yoldaşlıq oyunu təşkil etmək istəyir. Bu klublar tərəfindən “Milan”a turnirin dördüncü iştirakçısı olmaq təklif edilib.

Oyunların keçiriləcəyi yer hələ müəyyən edilməyib. Amma bunun ABŞ olacağı planlaşdırılır.

Ötən ilin aprel ayında “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button