“Real” 600-ə çatdı

“Real” İspaniya La Liqasının 23-cü turunda səfərdə “Atletiko”nu məğlub edib.

Komanda.az xəbər verir ki, 3:1 hesabıyla bitən görüş, “kral klubu” üçün əlamətdar olub. Belə ki, “Real” “Atletiko” üzərində qələbədən sonra La Liqada, səfərdə 600-cü oyununu qazanıb. Madrid təmsilçisi bu göstəriciyə çatan ilk İspaniya klubudur.

“Barselona”nın isə La Liqa oyunları çərçivəsində 551 səfər qələbəsi var.