“Real” iki futbolçusuna görə narahatdır

“Real” Trent Aleksander-Arnold və Eduardo Kamavinqanın zədələnməsindən narahatdır.

Hər iki futbolçu La Liqada “Atletik”lə 3:0 hesablı qələbə qazandıqları oyunda zədələnib. Trent 55-ci dəqiqədə, Kamavinqa isə 69-cu dəqiqədə əvəzlənib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ilkin müayinədən sonra “Real” hər iki oyunçunun vəziyyətindən narahatdır.

Bu gün Trent və Kamavinqa əlavə müayinədən keçəcək və onun nəticələrinə əsasən son diaqnozlar qoyulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button