“Real” rekorda imza atan futbolçu ilə maraqlanır

“Real” “Jeneration Fut”da çıxış edən 15 yaşlı hücumçu Amar Diufla maraqlanır.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “kral klubu” seneqallı futbolçunu yaxından izləyir.

Bu ilin sentyabrında 15 yaşlı hücumçu 15 yaş 94 günlüyündə Seneqal millisində oynayaraq, yeni rekorda imza atıb. Futbolçu Ruanda millisi ilə 1:1 hesabı ilə başa çatan matçda meydana sonradan daxil olub. Bu oyunda iştirak etməklə, Diuf 15 yaş 293 günlüyündə Norveç millisində debüt edən Martin Odeqardın rekordunu yeniləyib.

Daha əvvəl bildirilmişdi ki, Diuf 18 yaşı tamam olan kimi Fransanın “Metz” klubuna keçəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button