“Real 12-13 oyunçu ilə oynaya bilməz”

“Real”ın keçmiş yarımmüdafiəçisi Quti İspaniya La Liqasının 29-cu turu çərçivəsində Madrid təmsilçisinin “Barselona”ya uduzmasını (0:4) şərh edib.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, Quti, “Real”ı tənqid edib:

“Real 12-13 oyunçu ilə oynaya bilməz. Çempionlar Liqası, La Liqa və İspaniya kuboku uğrunda mübarizə aparmaq istəyən böyük komanda 14 futbolçudan ibarət ola bilməz. Nə baş verir? “Real”da oynamaq istəməyən klubda qalmamalıdır. Hər şey bu qədər sadədir”.

Keçmiş yarımmüdafiəçinin sözlərinə görə, futbolçudan ildə bir dəfə oynamaq istənilirsə, o, bunu bacardığı qədər yaxşı etməlidir:

“El klasiko”da “Real”ın ehtiyat oyunçular skamyasına baxıram və görürəm ki, ikinci hissədə ilk əvəzetmə Mariano Diasdır. Qaret Beyl və Eden Hazard ehtiyat oyunçular skamyasında otururlar və ilk əvəzetmə Marianodur. Bu necə ola bilər?”

La Liqada 29 turdan sonra “Real” 66 xal toplayıb və turnir cədvəlində birinci yerdədir. “Barselona” 54 xalla üçüncüdür və ehtiyatda bir oyunu var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button