
Braziliya Futbol Konfederasiyası bəyanat yaydı – Vinisiusa görə
Braziliya Futbol Konfederasiyası “Real”ın hücumçusu Vinisius Junioru dəstəkləyən bəyanat yayıb. Bu, futbolçunun UEFA Çempionlar Liqasının pley-off matçında “Benfika”ya qarşı oyunda qarşılaşdığı irqi ayrı-seçkilik hallarına reaksiya olaraq edilib.
Komanda.az Konfederasiyanın paylaşımını təqdim edir:
“Biz Vinisiusun yanındayıq. O, Çempionlar Liqasında qol vurduqdan sonra rasizmin (irqi ayrı-seçkilik) qurbanı oldu. Rasizm cinayətdir! Belə hallara yol verilməməlidir.
Vini, sən tək deyilsən. Həmişə səninlə qürur duyacağıq və yanında olacağıq”.
Matç “Real”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab qarşılaşması fevralın 25-də, “Santyaqo Bernabeu”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



