Ferdinand MY rəhbərliyini tənqid etdi: “Heç nə düzəlməyib”

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand klub rəhbərliyini komandanın sabiq baş məşqçisi Ralf Ranqnikin sözlərinə məhəl qoymamasına görə tənqid edib.

Komanda.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın sabiq futbolçusu “Mançester Yunayted”də heç nəyin düzəlmədiyini bildirib:

“İnsanlar günah keçisi axtarır, indi media belə davranır. İnsanların arasında Markus Reşfordun kifayət qədər çalışmadığını və ya Bruno Fernandesin pis kapitan olduğunu söyləyənləri görürəm. Ralf Ranqnikin ayrılmadan əvvəl verdiyi şərhlər belə idi: “Bu kluba dərman lazım deyil, bu kluba açıq ürək əməliyyatı lazımdır”. Heç kim bu fikirlərə baxmadı. Halbuki Ranqnik vəziyyəti düzəldə bilərdi. Bu onu göstərir ki, heç kim problemi həll etməyəcək. Bizdə yaxşı oynayan Kriştiano Ronaldo var idi, amma o, vəziyyəti dəyişə bilmədi. Bizə əla reputasiyaya malik bir çox məşqçi gəldi, lakin belə bir vəziyyətlə başa çıxa bilmədilər. Biz çox pul xərclədik, amma hələ ki, heç nə düzəlməyib”.

Premyer Liqanın beş turundan sonra “Mançester Yunayted” 6 xal toplayıb və hazırda çempionatın 13-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button