Ranqnik “Bayern”də işləməkdən imtina etdi – Rəsmi

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik “Bayern”i çalışdırmayacaq.

Komanda.az Avstriya millisinin rəsmi saytına istinadən xəbər verir ki, Ranqnik yayda keçiriləcək Avropa çempionatından sonra da komandada fəaliyyətini davam etdirəcək.

Ralf Ranqnik “Bayern”in baş məşqçi postuna prioritet namizəd idi. Lakin almaniyalı mütəxəssis Münhen klubunun təklifini rədd edib.

Komandanın hazırkı baş məşqçisi Tomas Tuxel mövsümün sonunda postunu tərk edəcək. Bundan əvvəl Yulian Naqelsmann da “Bayern”də işləməkdən imtina edib və Almaniya millisi ilə müqaviləsini uzatmaq qərarına gəlib.

Münhen klubunun qısa siyahısına “Brayton”dan Roberto de Zerbi də daxil idi. Yəqin ki, italiyalı çalışdırıcı tezliklə komandada işə başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button