Ölüm təhdidi və təhqirlərə görə məşhur milyarderə müraciət etdi – FOTO

PSJ-nin müdafiəçisi Serxio Ramos sosial şəbəkə hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, o, amerikalı milyarder, “tvitter”-in sahibi İlon Maska müraciət edərək, ona və ailəsinə ünvanlanan ölüm təhdidi mesajlarını, eyni zamanda, özünün təhqirə məruz qaldığını əks etdirən ekran görüntülərini yayıb:

“Məcburən edilən ödənişlər, pul qazanmaq… hamısı strategiyadır. Lakin nifrəti tamamilə aradan qaldıra, istifadəçiləri ünsiyyətə təşviq edə və “tvitter”i yaxşılaşdıra bilmək üçün başqa imkanlarınızdan yararlana bilərsiz”.

Məşhur simalar “tvitter” hesablarını aktiv durumda saxlamaq üçün hər ay 8 dollar ödəmək məcburiyyətindədirlər. Yalnız belə olduğu halda onların profilləri rəsmi şəkildə təsdiqlənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button