Serxio Ramos üçün 2 seçim

“Los Anceles Qalaksi” və “İnter Mayami” “Sevilya”nın müdafiəçisi Serxio Ramosla maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun tam olaraq hara gedə biləcəyi hələ də məlum deyil: Kaliforniya və ya Florida klublarından birinə.

Ramos ötən yay azad agent kimi “Sevilya”ya qayıdıb. Onun İspaniya klubu ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir. Müdafiəçi bu mövsüm bütün turnirlərdə 29 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button