Ramos da Hazardı unutmadı

“Sevilya”nın müdafiəçisi Serxio Ramos karyerasını bitirdiyini açıqlayan belçikalı futbolçu Eden Hazarda müraciət edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Hazarda gələcək həyatında uğurlar diləyib:

“İnanılmaz karyerana görə təbrik edirəm, dostum. Gələcək işlərində sənə uğurlar. Səninlə eyni komandada oynamaq çox xoş idi”.

Hazard “Real”, “Çelsi” və “Lill” klublarında çıxış edib. 32 yaşlı sabiq yarımmüdafiəçi 2022/2023 mövsümündə 10 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button